AZ

Zaxarova NATO-nu TƏNQİD ETDİ: “Yeni qarşıdurma yaradır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini tənqid edib. O, alyansın bölgəyə müdaxiləsinin təhlükəsizliyi gücləndirmək əvəzinə, daha da gərginləşdirdiyini bildirib.

KONKRET.az xəbər verir ki, Zaxarova bu fikirləri iyunun 11-də keçirdiyi həftəlik brifinqdə səsləndirib.

O qeyd edib ki, NATO-nun regionda artan fəaliyyəti Rusiya üçün narahatlıq doğurur və bunun bölgədə sabitliyə xidmət etmədiyini vurğulayıb.

“Biz dəfələrlə demişik ki, NATO-nun Cənubi Qafqazda iştirakı sabitlik və təhlükəsizlik üçün heç bir yaxşı nəticə vəd etmir. Əksinə, bu, regionda yeni qarşıdurmalara zəmin yaradır”, – deyə Zaxarova bildirib.

O, həmçinin əlavə edib ki, alyansın geosiyasi maraqları naminə atdığı addımlar bölgə dövlətlərinin milli maraqları ilə ziddiyyət təşkil edir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
41
1
konkret.az

2Mənbələr