AZ

“Neftçi”nin futbolçusu mükafatlandırıldı

“Neftçi”nin futbolçusu Emin Mahmudovun Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə “Turan Tovuz”a (2:1) vurduğu qol may ayının ən yaxşı qolu seçilib.

Futbolpress.az xəbər verir ki, “Ayın qolu” layihəsi çərçivəsində qalib olan təcrübəli yarımmüdafiəçi bu münasibətlə mükafatlandırılıb.

Ona mükafatı AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqası İctimai Birliyinin prezidenti Elxan Səmədov təqdim edib.

Seçilən
25
futbolpress.az

1Mənbələr