AZ

Göyçə mahalında partlayışda ölənlərin sayı 4-ə çatdı – 11 yaralı var

Göyçə mahalının Çəmbərək rayon mərkəzində yaşayış binasında baş verən qaz partlayışında ölənlərin sayı 4-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, hadisə zamanı 11 nəfər isə xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağır olduğundan İrəvana göndəriləcək.

Xatırladaq 1988-ci ilə qədər Çəmbərək rayonunda əsasən azərbaycanlılar yaşayıb. Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi fonunda bu ərazi azərbaycanlılardan təmizlənib, yerli əhali qaçqın vəziyyətinə düşüb.

Bizim.Media

Seçilən
55
bizim.media

1Mənbələr