AZ

“İkinci cəhd imtahanında suallar daha asan olacaq” - XƏBƏRDARLIQ

Abituriyentlər ikinci qəbul imtahanında da iştirak edib daha yaxşı nəticə əldə etməsini ümid edirəm. Çünki, ikinci cəhd imtahanında suallar da asan olacaq. Bu zaman istənilən səviyyədə abituriyentlər də çox olacaq.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib.

 

Ekspertin fikrincə, ikinci cəhd imtahanında suallar da asan olacaq. Bu zaman istənilən səviyyədə abituriyentlər də çox olacaq:

 

“Bəzi abituriyentlər imtahandan çıxandan sonra sual kitabçasında müəyyən dəyişikliklər edib valideynlərinə və müəllimlərinə təqdim etmişdilər. Bu dəyişikliklərə əsasən də onlar ortaya bal çıxarmışdılar. Ancaq bir neçə belə abituriyentdə vəziyyətin bərbad, heç 50 balı belə keçə bilmədiyinin şahidi oldum”.

 

“Abituriyent bilərəkdən və ya bilməyərəkdən imtahan nəticələri üzərində oynayıb müəlliminə elə təqdim edib”, deyə müsahibimiz qeyd edib:

 

“İmtahan nəticələrinin elan olunmasından sonra isə abituriyent: “Axı, mən sual kitabçasında belə yazmışdım” kimi özünü müdafiə ilə işin içərisindən çıxmağa çalışır. Ancaq reallıq Dövlət İmtahan Mərkəzinin elan etdiyi nəticədir.

 

Abituriyentlər ikinci qəbul imtahanında da iştirak edib daha yaxşı nəticə əldə etməsini ümid edirəm. Çünki, ikinci cəhd imtahanında suallar da asan olacaq. Bu zaman istənilən səviyyədə abituriyentlər də çox olacaq”.

 

R. Nurəliyev qeyd edib ki, II və III qruplarda I cəhd imtahanın da vəziyyət ürək açan deyildi:

 

“Bunu nəticələrdə də müşahidə etmək olur. Bir çox abituriyent Azərbaycan dili və Ədəbiyyat fənnindən orta səviyyədə yazdığı halda, Tarix fənnindən isə çox zəif nəticə toplayıblar. Hətta bir çox abituriyent tarix fənnindən 10 bal belə toplaya bilməyib.

 

Nəticədə II qəbul imtahanına çox ciddi hazırlaşmaq lazımdır ki, müvafiq balı toplayıb ixtisas seçimində iştirak edə bilsinlər.

 

Qeyd edim ki, II və III qruplarda 50 balı keçə bilməyən abituriyentlər ixtisas seçiminə buraxılmırlar. 50-100 bal toplayanlar məhdud ixtisaslara müraciət edə bilir. Nəhayət ki, blok imtahanından 100 bal toplayan abituriyentlər bütün ixtisaslara müraciət edə bilir”.

Seçilən
34
azedu.az

1Mənbələr