AZ

Cazibədar xanımı məşhur futbolçunu tərk edir: Xəyanət?

"Yuventus"un futbolçusu Daniele Ruqani ailə həyatında ciddi sarsıntı yaşayır.

Publika.az İtaliya mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Mikayla Persiko onu tərk edə bilər. O, təkbaşına tətilə yollanıb və nişan üzüyünü çıxarıb. İddialara görə, futbolçu xanımına xəyanət edib.

Keçən mövsüm Ruqani icarə əsasında Niderlandın "Ayaks" klubunda çıxış edərkən Amsterdamda yaşayıb, Mikayla isə Turində qalıb. Jurnalistlərin fikrincə, futbolçu həmin müddətdə başqa biri ilə münasibət qurub.

Cütlük ilk dəfə 2015-ci ildə Berqamoda keçirilən tennis matçında tanış olub. Onların oğlu Tommazo 2020-ci ildə dünyaya gəlib. Keçən yay isə onlar evləniblər.

Bundan əlavə, Ruqani bu ilin fevralında sərxoş halda avtomobil idarə etdiyi üçün şərti həbs cəzasına məhkum edilib. Turin məhkəməsi bu gün 2023-cü ilin iyul 21-də baş vermiş hadisə ilə bağlı qərar çıxarıb. Həmin vaxt "Yuventus"un müdafiəçisi sükan arxasında içkili halda idarə etdiyi "Maserati Levante Trofeo" markalı avtomobili yolun kənarına çıxarıb, lakin digər nəqliyyat vasitələrinə ziyan vurmayıb. Hadisə yerinə gələn polis əməkdaşları onu spirt testindən keçiriblər. Nəticədə qanında 1,56 qram/litr spirt olduğu məlum olub ki, bu da icazə verilən həddən üç dəfədən çoxdur. Bir neçə dəqiqə sonra təkrar test zamanı göstərici 1,54 olub.

Seçilən
25
publika.az

1Mənbələr