AZ

Mahir Emrelini istəyən ingilis klubu yeni baş məşqçisini açıqladı

Acun Ilıcalının sahibi olduğu "Hull Siti" futbol klubu baş məşqçi vəzifəsinə Serj Yakiroviçi təyin edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə təmsilçisi 48 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalandığını bildirib.

Serj Yakiroviçin təyinatından sonra açıqlama verən Acun Ilıcalı bosniyalı mütəxəssisə güvəndiyini deyib.

“Onun komandamıza gətirəcəyi futbola inanırıq və daha da önəmlisi, o, karyerası boyunca qalibiyyətlər qazandığını sübut etmiş bir baş məşqçidir", - deyə bildirib.

Qeyd edək ki, "Hull Siti" Azərbaycan millisinin üzvü Mahir Emrelini heyətinə qatmaq istəyir. Azərbaycanlı hücumçu "Dinamo Zaqreb" klubunda baş məşqçi Yakiroviç ilə birgə çalışıb.

Seçilən
21
operativmedia.az

1Mənbələr