AZ

Ərdoğanı təhqir edən müxalifət liderinə 4,5 il həbs cəzası İSTƏNİLDİ

Prokuror Ərdoğanı təhqir etdiyinə görə müxalifət liderinə 4,5 il həbs cəzası istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Prokuror Ümit Özdağa 4 il 6 ay həbs istəyib.

Türkiyənin müxalifət partiyası Zəfər Partiyasının lideri Ümit Özdağ yanvar ayında Ankarada prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham edilərək saxlanılıb.

Türkiyə prezidentini təhqir etmək Cinayət Məcəlləsinin 299-cu maddəsinə görə bir ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
47
interpress.az

1Mənbələr