İstanbulda Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski sabah Ukrayna ilə cəbhə bölgəsindən ağır yaralı məhbusların mübadiləsinin aparılacağını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Medinsk bildirib: "Ukrayna Silahlı Qüvvələrinin 1212 əsgərinin cəsədini Ukrayna tərəfinə təhvil verdik. Rusiya Silahlı Qüvvələrinin 27 əsgərinin cəsədi bizə qaytarıldı".
Medinski Rusiya ilə Ukrayna arasında cənazə köçürmə əməliyyatlarının davam edəcəyini və iyunun sabah cəbhə xəttindən ağır yaralı məhbusların mübadiləsinə də başlayacaqlarını qeyd edib.