AZ

Qanunvericilikdə rezident həkimlərə normal maaş verilməsi üçün əngəllər var – Deputat

Bakı. Trend:

Tibbinə güvəndiyimiz əsas sütun rezident həkimlərdir. Ali təhsilhaqqında qanunda arzu olunan dəyişiklik tam yerinə oturmadığı üçünrezidenturanın təhsilin neçənci mərhələdə olduğu sualaltındadır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü RəşadMahmudov komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və“Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsibarədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, ali tibb təhsili baza tibbtəhsili olaraq 6-cı səviyyə olaraq qəbul olunursa, rezidentura 7-cisəviyyə olaraq qəbul olunmalıdır:

“Ətraf ölkələr, Avropa ölkələri, ABŞ də daxil olmaqlarezidentura proqramları birmənalı olaraq təhsilin 8-ci pilləsidirvə doktoranturaya ekvivalent təhsil pilləsi olaraq qəbul olunur. Buqədər günlük təhsillə birlikdə var olan dəyişikliyin olmamasıölkəmizdə aparılan səhiyyə islahatlarının effektivliyinə cidditəsir göstərir. Altıncı pillə dediyimiz bakalavr pilləsini bitirmişhəkim daha yüksək nəticə ilə işə başlayır. Qanunvericiliklə onuntədris alan tələbə, yoxsa həkim statusu olduğu tam aydın deyil.Belə olan halda bir çox sosial problemlər çıxır ki, insanlar bununhəllini xarici ölkəyə getməkdə tapırlar. Bu, ölkəmizdə həyatakeçirilən yüksək səhiyyə islahatlarının bu günü və gələcəyi üçünciddi risklər təşkil edir.

Deputat xatırladıb ki, tələbə statusunda olduğu görünən rezidenthəkimlərin maaşı 400 manatdır.

“Bu, rezidentlərin xəstəxanalarda fəaliyyət göstərən altkateqoriya işçilərdən aşağı maaş alması ilə nəticələnir. Bu hansısaqanun və qərarlarda lazım olan məqamların düzəldilməsi ilə asanşəkildə həll ola bilər. Ölkəmizdə onlara normal şəkildə maaşverilməsi üçün kifayət qədər imkanlar var. Amma qanun, hüquq buməsələyə cavabını tapmadığmzı şəkildə əngəl yaradır”, - deyəR.Mahmudov fikrini tamamlayıb.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr