AZ

Məşhur həkim vəfat etdi

Müasir beyin cərrahiyyəsinin atası, dünya şöhrətli beyin cərrahı Prof.Dr.Qazi Yaşargil dünyasını dəyişib.

News24.az xəbər verir ki, 100 yaşında dünyasını dəyişən Qazi Yaşargilin ölüm xəbərini Türkiyə səhiyyə naziri Kamal Memişoğlu açıqlayıb.

Nazir Memişoğlu, "O, elmə həsr etdiyi və bir əsrə yaxınlaşan həyatında hamımız üçün çox örnək işlərə imza atdı" deyib.

Qeyd edək ki, Qazi Yaşargil 1925-ci ildə Diyarbəkirin Lice şəhərində anadan olub. Ankara Atatürk Liseyində təhsil alıb. Orta məktəbdəki ən yaxın dostu məşhur şair Can Yücel olub.

Yaşargil 1943-cü ildə universitet təhsili üçün Almaniyaya gedib. Almaniyada başladığı tibb təhsilini İsveçrədə davam etdirib.

1949-cu ildə Bazel Universitetini bitirib.

1953-cü ildə Sürix Universitetinin Neyrocərrahiyyə Klinikasında mütəxəssis hazırlığına başlayıb və 1960-cı ildə dosent olub.


Günel Məlikzadə


Seçilən
55
news24.az

1Mənbələr