AZ

Tramp: Çinlə ticarət razılaşmamız hazırdır

ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O bildirib ki, ABŞ və Çin, demək olar ki, iki dövlətin başçıları tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.

“Bizim Çinlə razılaşmamız demək olar ki, hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.

Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək.

Tramp bildirib ki ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.

Seçilən
46
14
apa.az

10Mənbələr