ABŞ və Çin arasında davam edən ticarət müharibəsində diqqətəlayiq bir inkişaf var.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social kanalında məlumat verib.
Tramp Çinlə ticarət razılaşmasının əldə edildiyini açıqlayıb.
Trampın bəyanatına görə, Çin ABŞ-ıni bütün maqnitləri və lazımi nadir torpaq elementlərini əvvəlcədən təmin edəcək.
Prezident ABŞ-nin 55 faiz, Çinin isə 10 faiz rüsum tətbiq edəcəyini vurğulayıb və münasibətlərin “əla” olduğunu deyib.