“Paşinyanın planlarını başa düşmək üçün ona diqqətlə qulaq asmaq, dediklərinin tam əksini düşünmək lazımdır”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan deyib.
O, deyib ki, bir vaxtlar Ermənistanın baş naziri “Qarabağ Ermənistandır. Nöqtə” deyə qışqıranda məqsəd Qarabağı təslim etmək idi. “İndi isə “Qərbi Azərbaycan yoxdur” deyir. Bunu tərsinə oxusaq, Göycə və Zəngəzurun tezliklə Azərbaycana veriləcəyini düşünməliyik”.
Sarkisyan onu da qeyd edib ki, Nikol Paşinyan Ermənistanı yeni kapitulyasiyaya aparır. “Bu ya sülh sazişi ilə, ya da lokal, amma dağıdıcı müharibə ilə baş verəcək”.
Fərda Uğur