Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev deyib.

O bildirib ki, əgər dərsliklərin məzmununa diqqət yetirilsə, mövzular sadədən mürəkkəbə doğru inkişaf etdirilsə, bu problemlər də aradan qalxar:
"Əslində, bu gün şagirdlərin əksəriyyəti dərsliklərdən istifadə etmirlər, ancaq test həll edirlər. Bu testləri də ayrı-ayrı şəxslər tərtib edir, DİM-in öz test bankları var. Bu səbəbdən də qeyri-müəyyənlik yaranır. Mən hesab edirəm ki, Elm və Təhsil Nazirliyi ilə DİM sualların çətinlik dərəcəsi ilə bağlı müzakirə keçirməli və ortaq məxrəcə gəlməlidirlər".
Sabiq deputat onu da qeyd edib ki, əgər 700 bal toplayanların sayı ilbəil dəyişirsə, 600-dən yuxarı bal yığanlar artırsa, deməli, suallar çətin deyil:
"Mənim müşahidəmə görə, DİM-in sualları çətinləşdirməkdə heç bir marağı yoxdur. Sadəcə, şagirdlərin dərsliklərdən istifadə edərək oradakı məzmunu mənimsəməsini təmin etsələr, bu problemlər ortaya çıxmaz".
Cavidan Mirzəzadə
Demokrat.az