OpenAI məşhur dil modeli ChatGPT-nin yeni versiyası olan "o3-pro"nu elan edib.
News24.az xəbər verir ki, iyunun 11-də rəsmi olaraq təqdim edilən yeni model, şirkətin indiyə qədər inkişaf etdirdiyi ən güclü əsaslandırma modeli kimi təqdim edilir.
OpenAI-ə görə, o3-pro xüsusi olaraq dəqiqliyin və alətlərdən istifadənin kritik olduğu sahələr üçün nəzərdə tutulub. Modelin elmi araşdırma, təhsil, proqram təminatı, iş təhlili və yaradıcı yazı kimi bir çox sahədə üstün performans nümayiş etdirdiyi iddia edilir.
Şirkətin təqdimatına əsasən, model təkcə suallara cavab vermir, o həm də internetdə aktual məlumatları axtara, PDF və məlumat fayllarını təhlil edə, Python kodlarını işlədə, şəkillərə şərh verə və istifadəçi tarixçəsi əsasında fərdiləşdirilmiş cavablar verə bilər.
Günel Məlikzadə