Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyada bəzi Özbəkistan vətəndaşlarına qarşı icazəsiz axtarışlar və kobud rəftar hallarından narahatlığını bildirib.
Nazirliyin sözçüsü Ahror Burhanovun açıqlamasına görə, Daşkənd Moskvadan bu cür hadisələrin iki ölkə arasında dostluq münasibətlərinə zidd olduğunu bildirərək, qabaqlayıcı tədbirlər görülməsini istəyib.
Özbəkistan həmçinin beynəlxalq hüquqa və insan hüquqlarına hörmət etməyə çağırıb və Moskvadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinə təhlükəsizlik qüvvələrinin davranışına hüquqi qiymət verilməsini və hadisələrlə bağlı izahat tələb edən rəsmi nota göndərib. Zəruri hallarda əlavə tədbirlərin görülə biləcəyi də açıqlanıb.
Özbəkistan rəsmiləri xüsusilər iyunun 8-də Moskvanın Sokolniki rayonunda OMON bölmələrinin keçirdiyi reyd zamanı fiziki zorakılıq hallarına diqqət çəkir. Reyd zamanı sənədlərində problem aşkarlanan 6 nəfər saxlanılıb. Oxşar hadisə Stroqino rayonundakı yataqxanada da baş verib və yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin miqrantları təpiklədi, onlara qarşı zorakılıq etdiyi görülür.
Özbəkistanın bu addımı Mərkəzi Asiya ölkələrində artan təpkilərin son halqası oldu. Bundan əvvəl Qırğızıstan və Tacikistan vətəndaşlarının Rusiyada məruz qaldığı rəftarla bağlı rəsmi Moskvaya etirazlarını bildiriblər. Tacikistanın baş naziri Kohir Rəsulzoda bildirib ki, ölkə vətəndaşları "geniş və məlum olmayan təhlükəsizlik səbəbləri ilə" deportasiyaya məruz qalır.
TAHİR