“Borussiya”nın müdafiəçisi Niklas Sule karyerasını “Milan”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı oyunçu ilə danışıqlar davam edir. Rəhbərlik Suleni transfer etməkdə maraqlıdır.
Almaniyalı futbolçu 2022-ci ilin yayından “Borussiya”da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.