AZ

2024 cü ildə 61 münaqişədən 11 i tammiqyaslı müharibəyə səbəb olub

ain.az, Oxu.az saytına istinadən bildirir.

2024-cü ildə dünya İkinci Dünya müharibəsindən sonra silahlı münaqişələrin sayına görə yeni anti-rekord müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Times" yayıb.

İsveçin "Uppsala Conflict Data Program" layihəsinin məlumatına görə, qeydə alınmış 61 münaqişənin 11-i tammiqyaslı müharibəyə çevrilərək, döyüşlərdə minlərlə insanın tələf olmasına gətirib çıxarıb. 2024-cü ildə hücumlar nəticəsində qətlə yetirilən dinc sakinlərin sayı 31 faiz artaraq 13 900 nəfərə çatıb.

Zorakılığın indiki səviyyəsi öz miqyasına görə 1994-cü ildən - Ruandada törədilmiş soyqırımından etibarən dördüncü olub.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ötən il mütəşəkkil zorakılıq nəticəsində təqribən 160 min adam həlak olub. Ukraynada müharibə ən ölümsaçan münaqişə olaraq qalır.

UCDP dövlətlərarası münaqişələrin sayının artması, bəzi ölkələrin öz ərazilərinin hüdudlarından kənarda silahlı qruplaşmaları dəstəkləmələri hallarının artması barədə də xəbərdarlıq edir. Analitiklərin fikrincə, bu, qurbanlarını sayının daha da artmasına gətirib çıxaran təhlükəli dinamika yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
oxu.az

1Mənbələr