AZ

Yeni virus kabusu: Vəziyyət kritikdir

Qərbi Afrika ölkəsi Qanada M-çiçəyi (mpox) virusuna yoluxma halları sürətlə artır.

Yenisabah.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti  məlumat yayıb. Bildirilib ki, ölkənin 10 vilayətində 34 yeni yoluxma halı qeydə alınıb. Bununla da ümumi yoluxma sayı 79-a çatıb.

Açıqlamada qeyd olunub ki, hazırda 4 nəfər xəstəxanada müalicə alır. Yoluxan şəxslərlə təmasda olanların müəyyən edilməsi və müşahidə altında saxlanılması işləri davam etdirilir.

Səhiyyə qurumu vətəndaşlara müraciət edərək, səpgilər, yüksək hərarət, limfa vəzilərində şişkinlik və əzələ ağrıları kimi simptomlar hiss etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, M-çiçəyi virusu insandan insana yaxın təmas vasitəsilə yayılır.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
32
1
yenisabah.az

2Mənbələr