AZ

DİQQƏT! Bu sahədə qiymətlər UCUZLAŞACAQ 

Yerli geyim istehsalının zəif inkişaf etməsinin bir neçə əsas səbəbi var. Bu səbəblər həm iqtisadi, həm struktur, həm də sosial aspektlərə aid edilir.   



Yerli geyim istehsalı Azərbaycanda nə üçün zəif inkişaf edir? Geyim əşyalarının baha olmasının qarşısını mümkün qədər necə almaq olar?



Bu mövzuyla bağlı iqtisadçı ekspert Elçin Rəşidov REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı qeyd edib ki, geyim sektorunun inkişafı üçün qiymətləri baha saxlamalıyıq ki, geyim şirkətləri buna maraqlı olsun. Buna baxmayaraq yəni geyim sektorunun baha olmasına rəğmən bizdə geyim sektoru aşağı səviyyədə inkişaf etmişdir. Həm geyim sektorunu inkişaf elətdirib həm də qiymətləri aşağı salmaq istəyirsə buradakı məsələlər təbii ki, bir-birinə zidd şəkildə gedəcək. Amma yenədə bunu düzgün iqtisadi siyasət yeritməklə nail olmaq olar. Hər iki suala cavab olaraq deyə bilərəm ki, Azərbaycanda iqtisadi siyasət bərbaddır.




Elçin Rəşidov həmçinin onu da vurğulayıb ki, Azərbaycanda real sektor üçün xüsusəndə qeyri-neft sektoru üçün münbit şərait yoxdur. Burada həm Azərbaycanın makro iqtisadi deyək ki, Maliyyə Nazirliyi, Neft Fondu, Mərkəzi Bank və.s hamısı günahkardır və Azərbaycanda düzgün siyasət yeridilmir. Bunun nəticəsi olaraq qeyri-neft sektoru inkişaf etmir. Geyim sektoruda onun bir hissəsidir.



Ekspert eyni zamanda bildirib ki, Azərbaycanda ən primitiv sektorlar xammal sektorları buna kənd təsərrüfatı sektorları daxildir, neft və qızıl çıxarma daxildir. Daha yüksək sektorlara isə keçə bilmirik.



"Azərbaycanda qiymətlərin baha olmasına rəğmən geyim sektoru geriləyir. Burada qiymətlərin aşağı salınması arzu olunandısa gömrük rüsumları aşağı salınmalıdır. Azərbaycanda əsas məhsulların qiymətidir o cümlədən tekstil məhsullarının qiymətini təyin edən amil gömrük rüsumlarıdır. İkinci səbəb isə məmur iqtisadiyyatı və manapoliyalardır. Yəni bəzi sahələrdə həm pəraləndə satışda həm də böyük sekorlarda manapoliyaların olması qiymətlərin baha olmasına səbəb olur",-deyə ekspert əlavə edib.


Ləman Xalıqova

Referans

Seçilən
30
referans.az

1Mənbələr