Bakı. Trend:
Hazırda Cəlilabad, Neftçala və Biləsuvar rayonları üzrə əkinaparılan 124 800 hektar sahənin 27 %-də biçin prosesi başa çatıb,hazırda biçin prosesində 256 kombayn iştirak edir.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədəCəlilabadda taxıl biçininin gedişatına həsr olunan müşavirədəNazirliyin yerli qurumlarının rəhbərləri çıxış ediblər.
Daha sonra regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcəkçətinliklər, onların həlli yolları müzakirə edilib, fermer vəmexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərinoperativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdən sonra müşavirə iştirakçıları Cəlilabadın Üçtəpəkəndində taxıl biçininin gedişi ilə tanış olub, fermerlərləgörüşüblər.
Bildirilib ki, cari ildə Cəlilabad rayonu üzrə 60.4 min hektarsahədə taxıl əkinləri aparılıb. Əkin sahələrinin 47,0 min hektarıbuğda, 13,4 min hektarı arpa sahəsidir. Bu günədək 8 min hektarsahədə biçin başa çatıb, sahələrdən 24,7 min ton taxıl yığılıb.Hazırda biçin prtosesinə 90 ədəd kombayn cəlb edilib ki, onlardan17 ədədi “Aqroservis” ASC-yə, 73 ədədi isə hüquqi və fizikişəxslərə məxsusdur.