AZ

Hindistanın əhalisi 1,5 milyard nəfərə çatdı


Hindistanın əhalisi təxminən 1,5 milyard nəfərdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni hesabatında öz əksini tapıb.
“Hazırda Hindistan təxminən 1,5 milyard əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı ölkədir”, - hesabatda qeyd edilib.
Bu rəqəmin təxminən 1,7 milyard nəfərə yüksələcəyi və təxminən 40 ildən sonra azalmağa başlayacağı gözlənilir.
Fond həmçinin 1960-cı ildə Hindistanın əhalisinin təxminən 436 milyon nəfər olduğunu xatırladıb.
Seçilən
23
yeniavaz.com

1Mənbələr