Məktəblərdə ənənəvi dərsliklərdən tamamilə imtina edilməsi yolverilməzdir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın təhsil nazirinin müavini Aleksandr Buqayev bəyan edib.
Dövlət Dumasında məktəblilərin sağlamlığının qorunmasına, uşaq və gənclər idmanının inkişafına həsr olunmuş hökumət saatında çıxışı zamanı o, rəqəmsal cihazların yalnız yardımçı təlim vasitəsi kimi və ciddi şəkildə sanitar normalara uyğun istifadə oluna biləcəyini vurğulayıb.
"Məktəbdə rəqəmsal texnologiyalardan yalnız əsas təhsil vasitələrinə əlavə kimi istifadə olunur" deyən Buqayev qeyd edib ki, elektron dərsliklərə mütləq keçid yolverilməzdir, ənənəvi təhsil formaları qorunub saxlanılmalıdır.
Beləliklə, Təhsil Nazirliyi kağız dərslikləri tədris prosesinin tərkib hissəsi hesab edərək qorunub saxlanılması siyasətini təsdiqləyib.