AZ

Naxçıvanda iş axtaranların NƏZƏRİNƏ

“Bu gün Naxçıvan şəhərində növbəti karyera sərgisinin açılış mərasimi baş tutub. Ənənəvi olaraq keçirilən sərgi ötən ilin statistikası da nəzərə alınmaqla onu göstərdi ki, həqiqətən də keyfiyyətli kadr təminatı, eyni zamanda məzunlarımızın operativ iş yerləri tapması baxımından kifayət qədər əhəmiyyətlidir”

Bizim.Media xəbər verir ki, bunu iyunun 11-də Naxçıvan şəhərində II karyera sərgisinin açılışında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev mətbuata müsahibəsində bildirib.

Rektor karyera sərgisinin təşkilinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə minnətdarlıq edib. Elbrus İsayev ötənilki sərgidə 6 min nəfərə yaxın iştirakçı, onlara təklif olunan yerlərin sayının isə 2 min olduğunu xatırladıb.

O vurğulayıb ki, ötən il iştirakçı təşkilat sayı 39 olub, budəfəki sərgidə isə 28 dövlət, 14 özəl müəssisə olmaqla, ümumilikdə, 42 təşkilat vakant vəzifə çıxarıb.

“Təcrübədən bunu deyə bilərik ki, təşkilatların təqdim etdiyi iş yerlərinə müraciətə operativ cavablandırmalar var. Çünki ötən il müraciətlər əsasında 100-ə yaxın şəxs işlə təmin edilib. Bu il də sərgidə kifayət qədər aktivlik var və çoxlu müraciət qeydə alınıb. CV Mərkəzində məlumatların hazırlanması və şirkətlərə təqdim olunması operativ şəkildə həyata keçirilir.

Əlbəttə ki, bu muxtar respublikada həm dövlət qurumlarının, həm də özəl təşkilatların kadra olan ehtiyaclarını qarşılamaq və universitetin Məzun Bankında olan tələbələrimizin işlə təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Ümidvarıq ki, bu gün və sabah keçirilən sərgidə də məzunların müraciəti qısa zamanda qiymətləndiriləcək və onlar öz uğurlu karyeralarını quracaqlar”.

Rektor Elbrus İsayev əlavə edib ki, sərgi müddətində iki gün ərzində karyera planlaması ilə bağlı təlimlər də nəzərdə tutulub:

“Bu təlimlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mütəxəssislər dəvət olunub. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin dəstəyi ilə təlimlər keçiriləcək. Təlimlərdə məzunlarla yanaşı, həmçinin özəl-dövlət tərəfdaşlığı ilə təmsil olunan şirkətlərin nümayəndələri iştirak edəcək. Demək olar ki, sərgi uğurla davam edir və ümidvarıq ki, sabah biz sərginin hesabatını verərkən çox pozitiv nəticənin şahidi olacağıq. Bütün təşkilatçılara təşəkkür edirəm, uğurlar arzulayıram” -deyə Elbrus İsayev qeyd edib.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr