
Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan millisi də bu yarışda iştirak edib.
Millimizin idmançısı Abbasqulu Şadlinski i yarışı qızıl medalla başa vurub.
O, 75 kq çəkidə mübarizə aparıb və finalda serbiyalı rəqibinə qalib gəlib.
A.Şadlinski fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
