Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin üçüncü iclası Qazaxıstanda keçiriləcək.
Bunu “Report”a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömer Kocaman deyib.
O bildirib ki, Qazaxıstandakı iclas 2026-cı il üçün nəzərdə tutulub.
Qeyd edək ki, TDT ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin ikinci iclası iclası bu gün Bakıda keçirilib. Birinci iclas isə 2024-cü ilin may ayında Türkiyədə baş tutub.