AZ

DYP-dən skuter sürənlərə – XƏBƏRDARLIQ

Ölkədə skuterdən istifadə artdıqca, qayda pozuntuları da artır.

Viral.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.

Qeyd olunub ki, skuter istifadəçiləri tez-tez aşağıdakı qaydaları pozurlar:

Son Yazılar:

– bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);

– piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;

– işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;

– azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

Yol polisi bildirir ki, bu cür məsuliyyətsizliklər ağır qəzalarla nəticələnə bilər:

“Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər”.

Seçilən
67
3
viral.az

4Mənbələr