BAKI, 11 iyun. TELEQRAF
Polşa Baş naziri Donald Tusk ölkəsinin Fransadan nüvə müdafiə zəmanəti aldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, Fransa ilə bu sahədə müqavilə imzalamaqdan qürur duyduğunu bildirib.
“Qürur duyuram ki, biz işi başa çatdırmışıq və Fransa ilə müqavilə imzalamışıq. İlk dəfədir böyük bir nüvə dövlətinin hücumu ehtimalına qarşı tam qarşılıqlı müdafiə öhdəliyi götürmüşük. Britaniya ilə də eyni saziş üzrə işi başa çatdırırıq”, - Polşa baş naziri bildirib.
D.Tusk vurğulayıb ki, Polşaya hücum olacağı təqdirdə Fransanın nüvə çətiri Varşavaya qədər uzanacaq