Niderland yığmasının 31 yaşlı mərkəz hücumçusu Memfis Depay “zanbaqlar”ın ən sərrast qolçusu ünvanına sahib olub.
Arena.az məlumat verir ki, Depay 2026-cı il dünya çempionatının Avropa bölgəsinin Malta yığması ilə ev oyununda komandasının 8:0 hesablı qələbəsinə biri penaltidən olmaqla 2 qol və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.
Beləliklə, Memfis Depay Niderland yığması üçün vurduğu qolların sayını 50-yə çatdırıb və müvafiq göstəricidə “zanbaqlar”ə ən sərrast qolçusu, keçmiş hücumçu Robin van Persinin rekorduna şərik olub.
Xatırladaq ki, Van Persi 2005–2017-ci illərdə “zanbaqlar”ın şərəfini qoruyub.
Maraqlıdır ki, hər iki oyunçu Nederland yığmasında 102 oyuna 50 qol vurmağı bacarıblar. Bu, hər oyuna orta hesabla 0,49 qol deməkdir. Amma göründüyü kimi, karyerasını sürdürən Depay Niderland yığmasının tarixən ən sərrast qolçusu adına mütləq surətdə müvəffəq olmaq imkanını saxlayır. Bunun üçün Depaya, növbəti oyunların birində “zanbaqlar” üçün bircə qol vurmaq da kifayət edəcək.
Hazırda Braziliya nəhəngi “Korintians”da çıxış edən Memfis Depay Niderland yığmasında 2013-cü ilin oktyabr ayında debüt edib.