AZ

İşıq pulu qiymətləri DƏYİŞƏCƏK

Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin haqqını sabit tariflə ödəyəcəklər. Bu sözləri, energetika nazirinin müavini Samir Vəliyev deyib. 

Bəs, elektrik enerjisi tariflərində nəzərdə tutulan bu yenilik vətəndaşlara nə vəd edir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, dəyişikliklərin həm müsbət, həm də mənfi tərəfləri ola bilər:

“Müzakirə edilən dəyişiklik sabit tarif rejiminə keçidi nəzərdə tutur. Bu o deməkdir ki, artıq diferensial tarif ləğv ediləcək və bütün istifadəçilərə eyni məbləğ tətbiq olunacaq.

Təyin ediləcək tarifdən, yəni, məbləğin nə qədər olacağından asılı olaraq, bu yeniliyin vətəndaşlar üçün müsbət, yaxud mənfi olduğunu söyləmək mümkün olacaq”.


Günel Məlikzadə




Seçilən
42
news24.az

1Mənbələr