AZ

“Bayer” PSJ-nin 17 yaşlı futbolçusunu transfer edib

Bakı, 11 iyun, AZƏRTAC

Almaniyanın "Bayer" komandası PSJ-nin müdafiəçisi Aleks Teyp ilə müqavilə imzaladığını açıqlayıb .

AZƏRTAC Bundesliqa klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı fransalı futbolçu azad agent kimi Leverkuzen təmsilçisinə keçib. Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Oyunçu PSJ-nin heyətində üç matç keçirib.

Qeyd edək ki, "Bayer" Almaniya çempionatını ikinci pillədə başa vurub.

 

Seçilən
29
2
azertag.az

3Mənbələr