AZ

Papa Leo və BMT nin baş katibi Quterreş görüşüb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə görüşüb.

Bizimyol.info xəbər verir ki, Vatikandan verilən yazılı açıqlamaya görə, Papa XIV Leo bu gün səhər Vatikanda BMT baş katibi ilə görüşüb.

Quterreş həmçinin Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolin və Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə dövlət katibi (xarici işlər naziri) Monsenyor Pol Riçard Qallagerlə də görüşüb.

Quterreşin təmasları ilə bağlı Vatikanın yazılı bəyanatında: “Vatikan danışıqlar zamanı BMT-nin dünyada sülhə istiqamətlənən səylərini dəstəklədiyini bəyan edib. Danışıqlarda, həmçinin BMT tərəfindən həyata keçirilən müxtəlif proseslər və qarşıdan gələn sammitlər, o cümlədən hazırda dünyada yaşanan müxtəlif böhranların həllində BMT-nin üzləşdiyi çətinliklər müzakirə olunub. Bundan əlavə, görüş zamanı konkret münaqişə və qeyri-sabitlik situasiyaları müzakirə olunub”, - deyə qeyd edilib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr