AZ

Tramp: 2020 ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə iyunun 4-dəki telefon danışığı Ukraynadakı münaqişənin həlli ilə bağlı olub.

Oxu.Az xəbər verir ki, Tramp bu barədə "New York Post"un "Pod Force One" podkastının efirində bildirib.

O, Putinlə münasibətlərinin yaxşı olduğunu qeyd edib.

"Biz əsasən müharibə və onu necə bitirmək barədə danışırdıq. Mənim onunla əla münasibətim var idi. ABŞ-də 2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt baş verməzdi", - deyə Tramp vurğulayıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
oxu.az

1Mənbələr