AZ

Sürücülərin NƏZƏRİNƏ! CƏRİMƏLƏR bu halda silinəcək

Hansı hallarda sürücülərin cərimələri silinə bilər? Qayda pozan sürücülərə cərimə haqqında bildiriş hansı müddətdə təqdim olunmalıdır?Mövzuyla bağlı nəqliyyat məsələri üzrə ekspert Aslan Əsədov REFERANS-ın suallarını cavablandırıb.


Aslan Əsədov bildirib ki, cərimələrin silinməsi texniki nasazlıq baş verən halda və yaxud sürücünün sənədlərinin hər hansında uyğunsuzluq, texniki səhv vasitəsilə radar, kamera vasitəsilə cərimə olunduqda və bu kimi hallarda silinə bilər. Digər məsələ bildirişlərin müddəti isə bu təxminən üç cərimə olunduqda məsələn Ay patrol avtomobili ilə cərimələndikdə ən çoxu 10,15 dəqiqə bəzən 2,3 saata çəkərək sistem daxilində avtomatik olaraq mesaj göndərilir. Yəni sistemə yükləyir internet və yaxud mesajla göndərilir. 




Müsahibimiz  onu da diqqətə çatdırıb ki, sürücülük vəsiqəsinə yazılmış, yəni inspektorun yazdığı cərimə dərhal sistemə oturur və mesaj şəkilində göndərilir. Təhlükəsizlik kameralarına düşmüz cərimə halı, qayda pozuntusu bir müddət araşdırılır. Və üç iş günü ərzində müvafiq olaraq qeydə alınır və qeydin nəticəsi də vətəndaşa göndərilir.



"Bu hallar cərimələnməyə və qayda pozan sürücülərin aşkarlanmasına aiddir",-deyə  ekspert Aslan Əsədov əlavə edib.


Ləman Xalıqova

Referans

Seçilən
47
referans.az

1Mənbələr