AZ

Özbəkistan millisinin üzvlərinə avtomobillər hədiyyə edildi

Futbol üzrə Özbəkistan milli komandasının bütün heyəti – oyunçular və məşqçilər qərargahının üzvləri mükafatlandırılıblar.

Arena.az məlumat verir ki, milli komanda üzvlərinin hər birinə avtomobil hədiyyə edilib.

Əlamətdar hadisə 2026-cı il dünya çempionatının (DÇ-2026) Asiya bölgəsi üzrə 1-ci qrupunun Qətər yığması ilə 10-cu tur ev oyunundan (3:0) sonra baş tutub. Avtomobillər stadionun qaçış zolağına çıxarılaraq, daha əvvəl dünya çempionatına vəsiqə əldə etmiş milli komanda üzvlərinə təqdim edilib.

Müvafiq fərman ölkə prezidenti tərəfindən imzalanıb. Bundan əlavə millinin heyəti orden və medallarla təltif ediləcək.

10 turdan sonra Özbəkistan millisi 2026-cı il dünya çempionatının Asiya bölgəsi üzrə 1-ci qrupunun yekun yarış cədvəlində 21 xalla 2-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, avtomobillər Çinin məşhur “BYD Auto” şirkətinin istehsalıdır.

Seçilən
49
arena.az

1Mənbələr