AZ

Daha 9 MMC bazarı tərk etdi- nizamnamə kapitalları 50 manatdan aşağıdır

BAKI, 11 iyun. TELEQRAF

“İmişli 13 Nömrəli İxtisaslaşdırılmış Quraşdırma Müəssisəsi” MMC, “Enerjitəmir Quraşdırma Müəssisəsi MMC, “Lerik 33 Nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC, “Lənkəran Təsərrüfat Hesablı Tikinti” MMC, “Masallı 26 Nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC, "S.A" MMC, "Lufmon Company" MMC, "Hermaz Az" MMC "Avtohouse Azerbaijan" MMC ləğv olunduqlarını elan ediblər.

Teleqraf xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini müvafiq ünvanlara bildirə bilərlər.

Qeyd edək ki, “İmişli 13 Nömrəli İxtisaslaşdırılmış Quraşdırma Müəssisəsi” MMC və “Enerjitəmir Quraşdırma Müəssisəsi MMC-nin nizamnamə kapitalları 50 manatdır. Hər iki şirkətin qanuni təmsilçisi Zeynallı Zakir Əlisa oğludur.

“Lerik 33 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC-nin qanuni təmsilçisi Hüseynov Elşən Aydın oğlu, “Lənkəran Təsərrüfat Hesablı Tikinti” MMC-nin qanuni təmsilçisi Babayev Niyaz İdris oğlu, “Masallı 26 Nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC-nin qanuni təmsilçisi Abbasov Şöləddin Ziyad oğludur. Hər üç MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalları 50 manat təşkil edir.

20 manat nizamnamə kapitalı olan "S.A" MMC- nin qanuni təmsilçisi Xəlilov Azər Qulu oğludur.

2021-ci ildə təsis edilmiş "Lufmon Company" MMC və "Hermaz Az" MMC-lərin nizmanmə kapitalları 10 manatdır. Hər iki şirkətin qanuni təmsilçisi Rəhimova Gilas Qərib qızıdır.

Ləğv edilmiş şirkətlər arasında ən az nizamnamə kapitalına malik şirkət "Avtohouse Azerbaıjan" MMC-dir. Belə ki, qurumun 4 manat nizmanmə kapitalı var. 2022-ci ildə qeydiyyatdan keçirilən şirkətin qanuni təmsilçisi Heydərov Kənan Vidadi oğludur.

Seçilən
51
teleqraf.com

1Mənbələr