AZ

Ulduz tennisçi Rafael Nadalın raketkası rekord qiymətə satılıb

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rafael Nadalın raketkasi "Prestige Memorabilia" hərracında 157.3 min dollara satılıb.

Oxu.Az xəbər verir ki, ispaniyalı tennisçi bu raketka ilə 2017-ci ildə "Rolan Qarros"un finalında çıxış edib.

Həmin oyunda o, Sten Vavrinkanı (6:2, 6:3, 6:1) məğlub edib və bu turnirdə onuncu titulunu qazanıb.

Qeyd edək ki, bu, hərracda idiyədək satılan ən bahalı raketkadır. Əvvəlki rekord da Nadala məxsus idi. 2022-ci ildə Avstraliya açıq çempionatının finalında Daniil Medvedevə qarşı (2:6, 6:7(5), 6:4, 6:4, 7:5) istifadə etdiyi raketka 139.7 min dollara satılmışdı.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
4
oxu.az

5Mənbələr