AZ

Rusiyanın aktivlərinin müsadirə edilməsi məsələsi "çətin"dir - Starmer

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə dondurulmuş 25 milyard funt-sterlinq Rusiya aktivlərinin müsadirə edilməsi məsələsini "çətin" adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

"Buna baxılır, lakin mürəkkəb məsələdir. Bu qərarı qəbul edərkən diqqətlə ölçülməsi lazım olan bir çox rəqabətli amil var. Biz bunu müttəfiqlərlə müzakirə edirik, amma mən İcmalar Palatasında bunun asan bir cavabı olduğunu iddia etmək və demək istəmirəm", - deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını - 300 milyard avronu dondurub.

Seçilən
32
publika.az

1Mənbələr