ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna hökuməti bu gün, iyunun 11-də əlavə silah alışı üçün Böyük Britaniyadan təxminən 1,7 milyard funt sterlinq (təxminən 2,2 milyard dollar) cəlb etmək qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclası zamanı bildirib.
"Biz bu vəsaitdən Rapid Ranger Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin, eləcə də yüngül çoxməqsədli "Marlet" raketlərinin alınmasına sərf etməyi planlaşdırırıq. Bu, bizim hava hücumundan müdafiəmizi və düşməni dayandırmaq imkanlarımızı xeyli gücləndirəcək", - deyə o bildirib.
Şmyhal əlavə edib ki, bu ay Böyük Britaniya dronların tədarükü üçün də rekord yardım elan edib. Söhbət 350 milyon funt sterlinqdən gedir ki, bu da Ukraynaya bu il 100 min pilotsuz uçan aparat ötürməyə imkan verəcək. "Biz ədalətli sülhü yaxınlaşdırmağa kömək edən bu qeyri-adi dəstəyə görə britaniyalı tərəfdaşlarımıza minnətdarıq", - deyə hökumət başçısı qeyd edib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
İyun ayında məlum olub ki, Kanada Ukraynaya 35 milyon Kanada dollarından (təxminən 25,5 milyon ABŞ dolları) artıq hərbi yardım verəcək. Bu məbləğin 30 milyon dolları “Coyote” və “Bison” zirehli maşınlarına, həmçinin Kanada şirkətlərinin tədarük etdiyi yeni texnika və sursatlara xərclənəcək. Qalan 5 milyon isə elektron müharibə dəstlərinə gedəcək.
Həmçinin iyunun əvvəlində Hollandiyanın müdafiə naziri Ruben Brekelmans ümumi dəyəri 400 milyon avro olan yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Paketə, xüsusən də hərbi gəmilər, qayıqlar və dəniz pilotsuz təyyarələri daxildir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.