Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünküiclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə MariyaZaxarova arasında mübahisə yaşanıb.
Trend xəbər verirki, mübahisəyə Qarabağda qanunsuz ucaldılmış erməni abidələrininsökülməsi ilə bağlı təxribat xarakterli sual səbəb olub.
“Mən sizə bir sual vermək istəyirdim: başqa ölkələrdə söküləndigər abidələr sizi maraqlandırırmı? Bu barədə nə vaxtsa sizdən heçbir material görməmişəm və eşitməmişəm. Hətta bizim sovetəsgərlərinin xatirəsinin qorunmasında, onların arasında ermənimənşəli olanların ad və soyadları aydın şəkildə görünənlərin beləmüdafiəsində bu qədər geniş dəstək verdiyinizi heç vaxt müşahidəetməmişəm. Biz həmişə onların xatirəsini qorumaq, güllər qoymaq,məzarlarını təmiz saxlamaq, təhqirdən qorumaq və ya bərpa etməküçün əlimizdən gələni edirik. Nə üçün siz bu kontekstdə heç vaxtsual verməyə təşəbbüs göstərmirsiniz, təkcə bizə deyil, bəlkə dəelə öz ölkənizə. Bu sahədə birgə səylər nə yerdədir? Baxın indigörün nələr baş verib”, – deyə o bildirib.
Zaxarova əlavə edib ki, bu mövzunun niyə və hansı kontekstdəqaldırılması açıq-aydındır.
“Mən sizdən çox xahiş edirəm, bunu etməyin. Bu mövzu sizininformasiya məkanınıza və səlahiyyət sahənizə daxil deyil. Bu,artıq hörmətsizlikdir”, – deyə o əlavə edib.