Reklam qanunvericiliyinə nəzarət mexanizmlərinin tətbiqi sahibkarların müvafiq normativ hüquqi aktlara uyğun fəaliyyətlərinin təmin olunmasına, istehlakçıların hüquqlarının effektiv müdafiəsinə və ümumilikdə ictimai maraqların qorunmasına xidmət edir.
Cari ilin yanvar-aprel ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artım qeydə alınıb. Belə ki, 2024-cü ilin ilk dörd ayında 55, 2025-ci ilin müvafiq dövründə isə 61 müraciətə baxılıb.