AZ

Lənkəranda avtomobilin vurduğu 8 yaşlı uşağın vəziyyəti qənaətbəxşdir

Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində bir azyaşlı qız bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Far.Az "Report"a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

***15:51

Lənkəran rayonunda avtomobil 8 yaşlı uşağı vurub.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Məlumata görə, avtomobil 2017-ci il təvəllüdlü Rüqəyya Ramal qızı Şərifovanı vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
1
far.az

2Mənbələr