İsti yay günlərində zaman-zaman avtomobillərin alışıb yanması barədə məlumatlara rast gəlirik. bunun bir çox səbəbləri ola bilər.
Ölkə.Az xəbər verir ki, səbəblərdən biri avtomobildəki temperaturun açıq havadakı temperaturdan 1.5-2 dəfəyədək yüksək olmasından qaynaqlanır.
Ona görə də, yayda avtomobilinizdən düşərkən bəzi əşyaları özünüzlə götürməyiniz məsləhətlidir. Əks halda maşınınız yana və ya partlaya bilər.
Unutmayın ki, çöldə müsbət 30 dərəcə isti olduğu halda avtomobilin içi müsbət 70-75 dərəcəyədək qıza bilər.
Həmin əşyaların siyahısını təqdim edirik:
1. Alışqan - yüksək temperaturdan partlaya bilər.
2. Spirt, aerozol və ətir - istidən buxarlanıb qapalı məkanda toplanaraq partlayışa səbəb ola bilər.
3. Yüksək temperatura xüsusilə həssas olan telefon povebank, batereya və digər elektron cihazlar - onlar şişə, sıradan çıxa və ya partlaya bilər.
4. Su butulkası və eynək - isti havalarda onlar linza rolunu oynaya bilər. Su ilə dolu butulka və eynəyin üzərinə birbaşa günəş işığı düşdükdə onlar günəş şüalarını fokuslayaraq yanğın təhlükəsi yarada bilər.
Billurə