AZ

“Sabah”dan ayrılan futbolçu “Kəpəz”ə keçə bilər

“Sabah” futbolçusu Şakir Seyidovla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı sağ cinah müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Şakir Seyidov 2018-ci ildən “Sabah”da çıxış edib. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

Müdafiəçinin “Kəpəz”ə keçəcəyi gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
76
bizim.media

1Mənbələr