AZ

Boksçumuz doğum günündə qızıl medal qazandı - Foto

Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı Abbasqulu Şadlinski yarışı qızıl medalla başa vurub.

75 kq çəkidə mübarizə aparan boksçu finalda serbiyalı rəqibinə qalib gəlib.

Qeyd edək ki, A.Şadlinski üçün final görüşü əlamətdar olub. Belə ki, boksçumuz qızıl medalı doğum günündə qazanıb.

Seçilən
61
3
axar.az

10Mənbələr