AZ

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyada səfərdədir

İyunun 11-də İndoneziyanın paytaxtı Cakarta şəhərində ötən ildən təxirə salınmış “INDO Defence” sərgisi öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

İki ildən bir təşkil edilən və Asiya-Sakit okean regionunda müdafiə sənayesi üzrə ən böyük tədbirlərdən biri olan “INDO Defence” ilə paralel olaraq, “INDO Aerospace”, “INDO Marine” və “Indo Security” sərgiləri də keçirilir.

Tədbirin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri V.Mustafayev daha sonra müxtəlif şirkətlərin stendlərini ziyarət edib.

Sərgi çərçivəsində nazir Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyənin “AVELSAN, TUSAŞ, “Roketsan”, Çinin CPMIEC, “NORINCO” və Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Jakarta International Expo” sərgi sahəsində təşkil edilən beynəlxalq tədbirdə quru qoşunları, dəniz və hava qüvvələri, kiber müdafiə, pilotsuz sistemlər və təhlükəsizlik texnologiyaları sahəsində geniş çeşidli texnoloji yeniliklər nümayiş etdirilir. Sərgi iyunun 14-də başa çatacaq.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2708

2709

2706

2704

Seçilən
32
17
poliqon.az

10Mənbələr