AZ

“Opta Sports” dünyanın ən güclü milli çempionatını açıqladı

Nüfuzlu “Opta Sports” statistik internet-portalı 2024/2025-ci illər mövsümünün yekunları üzrə dünyanın ən güclü liqalarını açıqlayıb.

Arena.az məlumat verir ki, müvafiq adı İngiltərə Premyer Liqası qazanıb.

İngilis klublarının orta gücü 92,6 bal qiymətindədir. 2-ci və 3-cü yerlərdə şərikli olaraq İtlaiya A Seriyası və İspaniya La Liqası yer alıblar. İtalyan və ispan klublarının orta gücü 87 bal olaraq qiymətləndirilir.

30 çempionatdan ibarət siyahıda Renat Dadaşov və Rahil Məmmədovun oynadığı Polşa Ekstraklasası 16-cı, ötən il Musa Qurbanlının çıxış etdiyi İsveç Alssvenskanı 19-cu yer tutub. Türkiyə Super Liqası Mahir Emrelinin son mövsüm parladığı Almaniya İkinci Bundesliqası və İspaniya Sequndası ilə 20-22-ci yerləri bölüşdürüb.

“Opta Sports” statistik internet-portalına görə, dünyanın ən güclü liqalarının onluğunu təqdim edirik:

  1. İngiltərə Premyer Liqası – 92,6 bal;
  2. İtaliya A Seriyası – 87 bal;
  3. İspaniya La Liqası – 87 bal;
  4. Almaniya Bundesliqası – 86,3 bal;
  5. Fransa Liqa 1 – 85,5 bal;
  6. İngiltərə Çempionşipi – 80,9 bal;
  7. Belçika Liqası – 80,5 bal;
  8. Portuqaliya Premyer Liqası – 79,8 bal;
  9. Braziliya A Seriyası – 79,4 bal;
  10. Niderland Eredivizisi – 78,8 bal.
Seçilən
66
arena.az

1Mənbələr