AZ

Zaxarova erməni jurnalistin anti-Azərbaycan təxribatına uymadı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə erməni jurnalistin anti-Azərbaycan təxribatına uymayıb. Belə ki, jurnalist ona sual verib ki, İkinci Dünya müharibəsi ilə bağlı Qarabağda ucaldılan abidələri guya Azərbaycan dağıdır və buna rəsmi Moskva münasibət bildirməlidir.

Bizim.Media xəbər verir ki, özünü media nümayəndəsi hesab edən şəxs Zaxarovanı bu məsələ ilə bağlı Azərbaycanı qınamağa çağırsa da, diplomat məsələyə obyektiv yanaşaraq bildirib ki, Rusiya Azərbaycanın müvafiq qurumları ilə sovet dövründə həlak olmuş, o cümlədən erməni əsilli hərbçilərin xatirəsinin qorunması ilə bağlı əməkdaşlıq edir.

Zaxarova jurnalistin sualını siyasiləşmiş yanaşma adlandıraraq belə deyib:

“Mən sizə bir sual vermək istəyirəm: digər ölkələrdə dağıdılan abidələr sizi maraqlandırmırmı? Mən bu mövzuda sizdən heç vaxt heç bir yazı, heç bir dəstək görməmişəm.”

O əlavə edib ki, Rusiya bütün sovet əsgərlərinin, o cümlədən erməni əsilli olanların xatirəsini qorumaq üçün daim addımlar atıb və atmaqdadır:

“Niyə siz heç vaxt bu mövzunu nə bizə, nə də öz ölkənizin aidiyyəti qurumlarına ünvanlamırsınız? Bir çox Avropa ölkələrində sovet əsgərlərinin, o cümlədən erməni əsgərlərinin abidələri təhqir olunur. Bəs sizin reaksiyanız haradadır?”.

Zaxarova sonda jurnalistin sualını təxribat və təhqir xarakterli hesab edərək, belə hallara son qoymağı xahiş edib:

“Bu, artıq sadəcə etik normaları aşır. Sizi xahiş edirəm, bu mövzudan sui-istifadə etməyin”.

Bizim.Media

Seçilən
54
bizim.media

1Mənbələr