Ərzincan Binəli Yıldırım Universitetinin Məngücək Qazi Təhsil və Tədqiqat Xəstəxanasından Dr. Mustafa Yazıcı dəri xərçənginin səbəbləri və müalicəsi haqqında əhəmiyyətli açıqlamalar verib.
HİT.az xəbər verir ki, Günəş şüalarının dəri xərçəngi üçün başlıca risk faktoru olduğunu bildirən Mustafa Yazıcı deyib:
"Solaryumda məruz qalınan süni günəş işığı da dəri xərçənginin inkişafına eyni dərəcədə töhfə verə bilər. Dəri xərçəngi riski, günəşə məruz qalma müddəti ilə düz mütənasib olaraq artır".
Açıq dərili şəxslərin və uşaqların dəri xərçəngi baxımından böyük risk daşıdığını vurğulayan Yazıcı bildirib:
"Dəri xərçəngi, bədəndə ən geniş yayılmış xərçəng növüdür. Erkən diaqnoz, bütün digər xərçəng növlərində olduğu kimi, dəri xərçəngi üçün də həyati əhəmiyyət kəsb edir. Göz ətrafı, burun və ağız kimi günəşə daha çox məruz qalan bölgələrdə zamanla açılıb-bağlanan yaralar, müalicəyə baxmayaraq sağalmayan və böyüyən yaralar, qabıqlanma, qanaxma və axıntı kimi əlamətlər görüldükdə, mütləq ixtisaslı həkima müraciət edilməlidir".
Dəri xərçənginin ən böyük təhrikedicisinin günəş şüaları olduğunu bildirən Yazıcı əlavə edib:
"Çox günəş altında vaxt keçirənlər, dəniz kənarında yaşayanlar, peşələri səbəbilə daim günəşə məruz qalan balıqçılar, əkinçilər və dənizçilər, dəri xərçənginin ən çox rast gəlinən qruplarındandır. Bundan əlavə, açıq dərili olmaq, açıq göz rənginə malik olmaq, çox sayda çil və xala malik olmaq, keçmişdə şəxsi və ya ailədə dəri xərçəngi anamnezinin olması, anadangəlmə böyük xalaların olması və immun sisteminin zəifləməsi kimi amillər də dəri xərçəngi riskini artırır".
Dəri xərçəngindən qorunmaq üçün vətəndaşlara müntəzəm olaraq günəşdən qorunmağı, şlyapa və günəş kremi istifadə etməyi tövsiyə edən Yazıcı yekunlaşdırıb:
"Yay aylarında dəri xərçəngindən qorunmaq üçün diqqətli olunmalı və hər il ən azı bir dəfə bədəndəki xalalar yoxlanılmalıdır".
Samir