ABŞ prezidenti Donald Tramp Çinin nadir torpaqların qabaqcadan tədarükü və çinli tələbələrin Amerika universitetlərinə girişi daxil olmaqla ticarət çərçivəsinin tamamlandığını bildirib.
Tramp bu gün sosial şəbəkədəki paylaşımında Çin lideri Si Cinpinə istinad edərək deyib: “Çinlə bağladığımız razılaşma tamamlandı, prezident Si və mənim son təsdiqimizdən asılıdır”.
Tramp bu sözləri ABŞ və Çin arasında Londonda keçirilən danışıqlardan bir gün sonra deyib. Hər iki tərəf kritik minerallar kimi həssas malların axını bərpa etməyə və hər iki tərəfin tarifləri aşağı saldığı keçən ay razılaşmanın şərtlərini yerinə yetirməyə razılaşıb.
Tramp sosial media hesabında bu açıqlamaları verib: "Lazımi nadir torpaq elementləri Çin tərəfindən əvvəlcədən təmin ediləcək. Eyni şəkildə, kollec və universitetlərimizdən istifadə edən çinli tələbələr təhsillərini davam etdirəcəklər. Bizim tarifimiz 55 faiz, Çininki isə 10 faiz oldu. Münasibətimiz əladır!"